ABŞ-də 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb
sizinxeber.az xəbər saytı

ABŞ-də 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb


ABŞ-də 17 il əvvəl qəzaya uğrayan kiçik təyyarənin qalıqları və içərisində olan iki sərnişindən birinin qalıqları tapılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Materialda deyildiyi kimi, 2007-ci ilin avqustunda 56 yaşlı Bruk Stauffer Makkinak adasından Miçiqan şəhərinin birinə uçub. Təyyarə Huron gölünə düşən zaman onu Staufferin nişanlısı Karen Dodds idarə edib.

Qəzadan iki ay sonra xilasedicilər gölün dibində 52 yaşlı qadının qalıqlarını tapıb. Həmin vaxt təyyarə və Staufferin cəsədi tapılmayıb.

2023-cü ildə kişinin ailəsi kömək üçün xüsusi axtarış qrupuna müraciət edib. Bir il sonra onun üzvləri Huronda yerləşən Bois Blank adası yaxınlığında itmiş təyyarənin qalıqlarına rast gəliblər.

Oxşar xəbərlər

Sumqayıtda küçədə 69 yaşlı kişinin meyiti tapılıb
Braziliyada təyyarə qəzası nəticəsində 5 nəfər həlak olub
Bir ay əvvəl itkin düşən şəxsin meyiti Kür çayında tapılıb
ABŞ-da təyyarə yola düşərək yanıb, ölənlər var
Tovuzda iki ay əvvəl avtomobilin Kürə düşməsi nəticəsində batan 2 nəfərdən birinin meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər