Venesuelada müxalifət dövlət çevrilişinə cəhddə ittiham olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
avq
2024
02:50
0
0
1 391
ff

Venesuelada müxalifət dövlət çevrilişinə cəhddə ittiham olunub

22 avq, 2024
02:50
1 391

Venesuelada müxalifət dövlət çevrilişinə cəhddə ittiham olunub

Venesuelanın ifrat sağçı müxalifəti respublikada dövlət çevrilişi həyata keçirmək üçün cinayətkar dəstələrdən, sosial şəbəkələrdən və kiberhücumlardan istifadə edib.

APA “Globovisión” telekanalına istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pinto diplomatik korpusla görüşündə deyib.

O, mütəşəkkil cinayətkarlığın bu cür istifadəsinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlandığını vurğulayıb.

Nazir qeyd edib ki, ifrat sağçı müxalifət heç bir dövlət hakimiyyətini, heç bir dövlət qurumunu tanımır və eyni zamanda xalq tərəfindən tanınmasını istəyir.

Bizimlə əlaqə saxlayın

×
×