Blinken: İsrail ABŞ-nin Qəzza zolağında nizamlanma prosesi ilə bağlı yeni təklifini qəbul edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
avq
2024
21:50
0
0
1 611
ff

Blinken: İsrail ABŞ-nin Qəzza zolağında nizamlanma prosesi ilə bağlı yeni təklifini qəbul edib

19 avq, 2024
21:50
1 611

Blinken: İsrail ABŞ-nin Qəzza zolağında nizamlanma prosesi ilə bağlı yeni təklifini qəbul edib

İsrail tərəfi Qəzza zolağında atəşkəs məsələsində HƏMAS hərəkatı ilə fikir ayrılıqlarını azaltmaq üçün nəzərdə tutulmuş ABŞ-nin yeni təklifini qəbul edib.

Sizinxeber.az xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə jurnalistlərə açıqlamasında deyib.

“Bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox məhsuldar görüş zamanı o, mənə İsrailin fikir ayrılıqlarını aradan qaldırmağa yardımçı olan təklifi qəbul etdiyini və bunu dəstəklədiyini təsdiqlədi. İndi isə eyni şeyi HƏMAS etməlidir”, - Blinken vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×