Konqres Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı Ağ Evlə razılaşma əldə etdiyini açıqlayıb
Konqres Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı Ağ Evlə razılaşma əldə etdiyini açıqlayıb
ABŞ Senatının bir qrup üzvü Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin qəbul edilməsi üçün Ağ Evlə razılığa gəldiklərini açıqlayıblar.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Açıqlamanı həm hakim Respublikaçılar Partiyasını, həm də müxalif Demokratlar Partiyasını təmsil edən senatorlar Cinn Şahin, Riçard Blumental, Rocer Uiker və Lindsi Qrem yayıblar.
Senatorlar iddia edirlər ki, Rusiyaya qarşı yenilənmiş sanksiyalar layihəsinin hazırlanması üçün Tramp administrasiyası ilə razılığa gəliblər. Onlar bu qanunvericiliyi çox tezliklə təqdim etməyi gözlədiklərini vurğulayıblar.
Qeyd edək ki, sözügedən qanun layihəsi 2025-ci ilin aprel ayının əvvəlində Senat üzvlərinin ikipartiyalı qrupu tərəfindən təqdim edilib.
