Rubio: ABŞ Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarma prosesinə başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
iy
2026
23:50
ff

Rubio: ABŞ Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarma prosesinə başlayıb

08 iy, 2026
23:50
249

Rubio: ABŞ Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarma prosesinə başlayıb

Vaşinqton administrasiyası Suriyanı ABŞ-ın terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarma prosesinə başlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun yazılı açıqlamasında bildirilib.

O, ABŞ prezidenti Donald Trampın Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarmaq niyyəti barədə Konqresi məlumatlandırdığını bildirib.

Çıxarılmanın Konqres üzvləri tərəfindən administrasiyanın təqdim etdiyi məlumatlara əsaslanaraq aparılan 45 günlük araşdırmadan sonra baş verəcəyi gözlənilir.

Onlar belə bir addım üçün kifayət qədər əsas olub-olmadığını qiymətləndirəcəklər.

Rubio onu da əlavə edib ki, Suriyaya qarşı sanksiyaların ləğvi beynəlxalq ticarət və investisiya üçün imkanlar açacaq.

Bizimlə əlaqə saxlayın

×
×