Tramp: F-35 qırıcılarının Türkiyəyə satılmasını nəzərdən keçirəcəyik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
iy
2026
17:00
ff

Tramp: F-35 qırıcılarının Türkiyəyə satılmasını nəzərdən keçirəcəyik

07 iy, 2026
17:00
206

Tramp: F-35 qırıcılarının Türkiyəyə satılmasını nəzərdən keçirəcəyik

Türkiyə Prezident Recep Tayyip Erdoğanın rəhbərliyi altında hərbi cəhətdən xeyli güclənib.

Sizinxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trump Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

“Türkiyə bir çox ölkədən daha sadiq müttəfiqdir. Türkiyə ilə ticarət, hərbi əməkdaşlıq və digər məsələləri müzakirə edəcəyik. Mənim Ərdoğana böyük hörmətim var. Ola bilsin ki, İran məsələsinə də toxunaq. Biz onların ordusunu faktiki olaraq məhv etmişik. Onlar nüvə silahına sahib ola bilməzlər”, – Tramp bildirib.

ABŞ Prezidenti Türkiyəyə F-35 qırıcılarının satılması məsələsinə də münasibət bildirib.

“Niyə də olmasın? Bizim münasibətlərimiz əvvəlkindən daha yaxşıdır. Bu məsələni nəzərdən keçirəcəyik”, – deyə Tramp vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×