Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir, bunu NATO sammitində müzakirə edəcəyik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2026
18:50
ff

Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir, bunu NATO sammitində müzakirə edəcəyik

06 iy, 2026
18:50
307

Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir, bunu NATO sammitində müzakirə edəcəyik

Rusiya və Ukrayna aralarındakı münaqişəni başa çatdırmaq istəyir.

Sizinxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib.

"Düşünürəm ki, biz insanların düşündüyündən daha çox buna yaxınlaşmışıq. Putin bunun başa çatmasını istəyir. Bunu qətiyyətlə deyə bilərəm. Bizim yaxşı telefon danışığımız oldu. Zelenski də indi həqiqətən bunun bitməsini istəyir. Biz NATO sammitinə gedəcəyik və bu məsələni orada müzakirə edəcəyik. Düşünürəm ki, buna son qoya biləcəyik", – Tramp bildirib.

Bizimlə əlaqə saxlayın

×
×