ABŞ, Britaniya, İtaliya, Fransa və Almaniya İranı İsraili təhdid etməyi dayandırmağa çağırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
avq
2024
23:50
0
0
2 102
ff

ABŞ, Britaniya, İtaliya, Fransa və Almaniya İranı İsraili təhdid etməyi dayandırmağa çağırıb

12 avq, 2024
23:50
2 102

ABŞ, Britaniya, İtaliya, Fransa və Almaniya İranı İsraili təhdid etməyi dayandırmağa çağırıb

Britaniya, Almaniya, ABŞ, İtaliya və Fransa hesab edir ki, İran hakimiyyəti İsraili hücumla hədələməyi dayandırmalıdır.

APA xəbər verir ki, bu barədə bu ölkələrin liderləri ilə telefon danışığından sonra Ağ Evin yaydığı birgə bəyanatda deyilir.

"Biz İsraili İranın təcavüzündən və İranın dəstəklədiyi terror qruplarının hücumlarından müdafiə etmək üçün dəstəyimizi ifadə etdik. Biz İranı İsrailə qarşı hərbi hücum hədələrini dayandırmağa çağırdıq və belə bir hücumun regional təhlükəsizliklə bağlı ciddi nəticələrini müzakirə etdik", - deyə bəyanatda deyilir.

Tərəflər həmçinin Qəzza zolağında gərginliyin azaldılması və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi səylərini dəstəkləyiblər.

Bizimlə əlaqə saxlayın

×
×