01
iy
2025
00:50

yuxarı
Ağ Ev: Uitkoff İran rəsmiləri ilə məsləhətləşmələri davam etdirir

Ağ Ev: Uitkoff İran rəsmiləri ilə məsləhətləşmələri davam etdirir
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Tehranın nüvə proqramı ilə bağlı razılaşma ətrafında İranla məsləhətləşmələri davam etdirir.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İran rəsmiləri ilə birbaşa təmasda olmayıb.
“Xüsusi nümayəndəmiz Stiven Uitkoff iranlılarla həm birbaşa, həm də vasitəçilər üzərindən əlaqədədir. Danışıqlar prosesi davam edir”, – deyə Livitt bildirib.