Nazirin səsindən istifadə edildi, iş adamları hədəf alındı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
fev
2025
20:08
0
0
2 084

Nazirin səsindən istifadə edildi, iş adamları hədəf alındı

10 fev, 2025
20:08
2 084

Nazirin səsindən istifadə edildi, iş adamları hədəf alındı

İtaliyada süni intellekt vasitəsilə müdafiə naziri Quido Krosettonun adından və səsindən istifadə olunaraq ölkənin aparıcı iş adamlarını hədəf alan dələduzluq edilib.

Axar.az xəbər verir ki, fırıldaqçılar nazirin səsini süni intellektlə təqlid edərək 10-dək iş adamını aldatmağa çalışıblar. Belə ki, bir generalın adından həmin iş adamlarına nazirliyin stasionar telefonundan zənglər edilib. Daha sonra nazirin adından istifadə olunaraq İranda və Suriyada saxlanılan jurnalistlərin azad edilməsi üçün vəsait toplandığı bildirilib, bu vəsaitin daha sonra Mərkəzi Bank vasitəsilə iş adamlarına geri qaytarılacağı bildirilib.

Müdafiə naziri Quido Krosetto məsələ ilə bağlı prokurorluğa şikayət edəcəyini bildirib və sosial media hesablarında onun adından istifadə edərək dələduzluq olunduğu barədə xəbərdarlıq yayıb.

Milan prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.

Bizimlə əlaqə saxlayın