Sizinxeber.az – Azərbaycan Xəbərləri

Ahmet Kaya haqqında film çəkməyə başladılar – Ailəsi kəskin etiraz edir

Ahmet Kaya haqqında film çəkməyə başladılar – Ailəsi kəskin etiraz edir
14 dəfə Baxılıb
23 Sentyabr 2019 - 23:48

Türkiyənin məşhur müğənnisi, həyatını mühacirətdə başa vuran Ahmet Kayanın həyatı haqqında film çəkməyə başlayıblar. Ailəsi buna kəskin etiraz edir. Bizimyol.info xəbər verir ki, film “İki gözüm” adlanacaq. Ahmet Kaya obrazını ona çox bənzəyən müğənni Özgür Tüzer canlandıracaq. Məşhur simanın gənclikdə sevgili olduğu qızın rolu Aleyna Solakerə həvalə olunub. Filmin rejissorları Qani Rüzgar Şavata və Hakan Gürtopdur. Ekran əsərinin büdcəsinin 6 milyon lirə olduğu bildirilir. Ahmet Kayanın həyat yoldaşı Gülten və qızları əvvəldən film çəkilişinin əleyhinə çıxıblar. Konkret səbəb göstərmirlər. Yalnız 43 yaşında dünyadan köçmüş müğənninin qardaşı Mustafa Kaya “bizdən icazəsiz film çəkən peşman olur” ifadəsini işlədib. Filmin yaradıcı heyəti Aydın şəhərində yaşayan Özgür Tüzeri sosial şəbəkədən kəşf edib. Özgür məhdud çərçivədə mahnılar oxuyur. Sosial şəbəkələrdəki videolarda yaxşı səsi olduğu üzə çıxmışdı. Səs yarışmalarına dəvət olunsa da, məşhurlaşmaq istəmədiyini bildirərək, imtina etmişdi.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]