Sizinxeber.az – Azərbaycan Xəbərləri

Vanqa dünyanın axırının neçənci ildə gələcəyini deyirdi: Hər yeri su basacağını söyləmişdi

Vanqa dünyanın axırının neçənci ildə gələcəyini deyirdi: Hər yeri su basacağını söyləmişdi
77 dəfə Baxılıb
23 Sentyabr 2019 - 22:40

Məşhur bolqar ekstrasens Vanqanın proqnozları zamanla bütün dünyada müzakirə olunur. Görmə qabiliyyətini itirmiş qadın ayrı-ayrı fikirlərində dünyanın axırı haqda danışmışdı. Bizimyol.info xəbər verir ki, yenə Vanqanın planetin sonu haqda proqnozları sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Müzakirələrdə 23 il əvvəl vəfat etmiş ekstrasensin 2378-ci ilə işarə vurduğu bildirilir. Yazılanlara görə, Vanqa Yer kürəsini asteroidin sıradan çıxaracağını söyləmişdi. Guya hər yeri su basacaq, beləcə, insanlığın sonu gələcək. Bir müddət əvvəl amerikalı medium Edqar Keysi buna oxşar proqnoz irəli sürmüşdü. O, dünyanın axırının daha tez gələcəyini bildirmişdi. Keysi cəmi 101 ilimizin qaldığını iddia edirdi. Yəni dünyanın sonunun 2120-ci ildə gələcəyini deyirdi. Amerikalı bəlanın zəlzələdən doğacağını söyləmişdi.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]