Sizinxeber.az – Azərbaycan Xəbərləri

Paşinyan Sorosla görüşdən imtina edib

Paşinyan Sorosla görüşdən imtina edib
12 dəfə Baxılıb
23 Sentyabr 2019 - 16:22

Davos İqtisadi Forumundan əvvəl Açıq Cəmiyyət İnstitutunun qurucusu Corc Soros Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək istəyib. Virtualaz.org bildirir ki, Paşinyan bunu ABŞ-da erməni və amerikalı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. Bununla bağlı qeyd onun Facebook səhifəsində yerləşdirilib. Baş nazir bildirib ki, iş cədvəli çox sıx olub, bu səbəbdən də məşhur milyarderin istəyini təmin edə bilməyib. O, özünün “Sorosun adamı” adlandırılması ilə bağlı yayılan söz-söhbətdən xəbərdar olduğunu bildirib və bununla razılaşmayıb. N.Paşinyan deyib ki, inqilabı xalq edib və bunu başqalarının adına yazmaq istəyənlər erməni xalqını alçaldırlar.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]