Sizinxeber.az – Azərbaycan Xəbərləri

Yaponiya uzunömürlülərin sayına görə yenə rekord vurdu: 100-dən çox yaşayanların sayı 23 dəfə artıb

Yaponiya uzunömürlülərin sayına görə yenə rekord vurdu: 100-dən çox yaşayanların sayı 23 dəfə artıb
10 dəfə Baxılıb
14 Sentyabr 2019 - 0:14

Yaponiyada yaşı 100-ü keçmiş insanların sayı 70 min nəfəri ötüb. Asiya ölkəsinin səhiyyə nazirliyi bununla bağlı məlumat yayıb. Bizimyol.info xəbər verir ki, yaşı 100-ü keçmiş insanların əksəri qadındır. Ümumilikdə Yaponiyada belə 8463 kişi və 62,7 min qadın var. Son bir ildə ölkədə uzunömürlülərin sayı 1453 nəfər artıb. Beləliklə, Yaponiya 49-cu dəfə uzunömürlülərin rekordunu təzələyib. 1963-cü ildə ilk dəfə uzunömürlülər sayılarkən Yaponiyada belə 153 adam vardı. Son 30 ildə yaşı 100-ü keçmişlərin sayı 23 dəfə artıb. Yaponiya Səhiyyə Nazirliyində düşünürlər ki, əsas səbəb tibb sahəsindəki texnologiyaların inkişafıdır. Bundan başqa yaponlar da səhhətinə çox məsuliyyətli yanaşır.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]