Sizinxeber.az – Azərbaycan Xəbərləri

Ermənistan Putinə görə II Dünya Müharibəsinin başlanması ilə bağlı tədbirə getmir

Ermənistan Putinə görə II Dünya Müharibəsinin başlanması ilə bağlı tədbirə getmir
6 dəfə Baxılıb
30 Avqust 2019 - 12:47

Ermənistan sentyabrın 1-də Polşada II Dünya Müharibəsinin başlanmasının 80 illiyinə həsr olunmuş tədbirdə prinsiplərinə görə iştirak etməyəcək.
Bizimyol.info xəbər verir ki, bu fikirləri Erməistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan səsləndirib. “Biz II Dünya Müharibəsində iştirak etmiş ölkənin nnümayəndələriyik.Babalarımız Sovet qoşunlarının tərkibində nasizmə qarşı döyüşüblər.Böyük qələbədə böyük rolumuz olub, başqalrı ilə birlikdə böyük vətəniq qorumuşuq”,-deyə o bildirib.
Siyasətçilər isə Ermənistan XİN başçısının bu addımını həmin tədbirə Putinin dəvət olunmaması ilə əlaqələndirirlər. Belarus prezidenti Aleksandr Lukaşenko da Polşaya getməkdən imtina edib.Çünki Polşa bu mərasimə bütün postsovet ölkələrinin rəhbərərini deyil, bir neçə respublikanı dəvət edib.Belə ki Qazaxıstan, Mərkəzi Asiya respublikaları və Rusiya tədbirə dəvət almayıblar. Lukoşenko qeyd edib ki, böyük qələbədə o cümlədən Polşanın işğadan aqzad edilməsində bütün Sovet respublikalarının nümayəndələri iştirak ediblər və indi ayrısesçkilik salınması yolverilməzdir. Öz növbəsində Polşaın baş naziri Yasek Sasin qeyd edib ki,Varşava Putini mərasimə dəvət etməyib, çünki təcavüzün qarşısının alınmasının ildönümünə həsr olunmu tədbirə qonşularına qarşı təcavüzkar addımlar atan siyasətçini-Vladimir Putini dəvət etməyi məqsədəuyğun hesab etmir.
İlhamə Rəsulova

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]