Sizinxeber.az – Azərbaycan Xəbərləri

Antalya bu il rekord sayda əcnəbi turist qəbul edib

Antalya bu il rekord sayda əcnəbi turist qəbul edib
9 dəfə Baxılıb
28 Avqust 2019 - 0:45

Türkiyənin Antalya vilayəti bu il rekord sayda əcnəbi turist qəbul edib.
“Report” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.
“Türkiyənin Antalyadakı məşhur turizm mərkəzləri bu il yanvarın 1-dən avqustun 22-dək olan dövr ərzində 10 milyondan çox turist qəbul edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricini 17,6% qabaqlayır. Ötən ilin sözügedən dövründə xaricdən gələn qonaqların sayı 8,6 milyon nəfər təşkil edib”, – deyə məlumatda bildirilir.
Siyahıda birinci pillədə Rusiya, ardınca isə Almaniya və Ukrayna vətəndaşları qərarlaşıb.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]