Yuxuda Zelenskini görən Rusiya vətəndaşını dördüncü dəfə cərimələyiblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
17 
Ara
2023
02:44

Yuxuda Zelenskini görən Rusiya vətəndaşını dördüncü dəfə cərimələyiblər

17 Ara, 2023
02:44
21

Yuxuda Zelenskini görən Rusiya vətəndaşını dördüncü dəfə cərimələyiblər

Rusiyanın Çita Dairə Məhkəməsi yerli sakin İvan Losevi cinayət məcəlləsinin “ordunu diskreditə etmək” maddəsi ilə təqsirli bilib. Ona 120 min rubl (təxminən 1500 dollar) cərimə kəsilib. Cinayət işinin başlanmasına Losevin “Instagram”da “Rusiya Federasiyası silahlı qüvvələrinin nümayəndələrinin fəaliyyətini” gözdən salan mətn yazısı yer almış foto yerləşdirməsi olub.
Bizimyol.info xəbər verir ki, müstəqil media Çita sakininin “Dojd” telekanalına müsahibə verdiyinə görə cərimələndiyini hesab edir. Hərçənd Losev cəriməyə alışıb. Onu dördüncü dəfədir bu yolla cəzalandırırlar.

2022-ci ilin dekabrında İvan Losev ilk dəfə Rusiya ordusunu “diskreditə etmək” maddəsi ilə cərimələnmişdi. Buna əsas kimi Losevin sosial şəbəkələrdəki paylaşımları göstərilmişdi. Nə qədər gülməli və qəribə görünsə də, Rusiya vətəndaşı bir dəfə məhz Ukrayna prezidenti Vladimir Zelenskini yuxuda gördüyünü yazdığına görə cəzalanmışdı.

Çita Dairə Məhkəməsinin mətbuat xidməti bildirib ki, Losev günahını tam etiraf edib və əməlindən peşman olub. Buna görə də təqsirləndirilənin işinə xüsusi qaydada baxılıb. Əvvəlcə o, 150 min rubl cərimələnib, amma hakim cəzanı yüngülləşdirmək qərarına gəlib. Çünki Losev hökm çıxarılmazdan əvvəl həbsdə imiş. Bundan əlavə, məhkəmə onun “cinayət törətmək vasitəsi olan” “iPhone” telefonunun dövlət xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.

Rusiya hakimiyyəti İvan Losevin anası Nelli Losevanı da təqib edir. 2023-cü ilin yanvarında o, səfərbərliklə orduya cəlb olunanların ölümü ilə bağlı “Odnoklassniki”də yazdıqlarına görə inzibati maddə ilə cərimələnib. Fevralda Loseva dövlətə hörmətsizlik maddəsi ilə cərimə olunub. Qadını hətta Kreml rəhbəri Vladimir Putinin təhqir edildiyi statusu bəyənməsinə görə də cəzalandırıblar. “Krım Ukraynadır, Rusiya Ukrayna ilə müharibə aparır” yazısına müsbət reaksiya da Losevaya baha başa gəlib. Ana və oğul bir-birinin ardınca cərimələrə məruz qalırlar.

Bizimlə əlaqə saxlayın