SEPAH-dan ABŞ və Yaxın Şərq ölkələrinə SƏRT XƏBƏRDARLIQ
SEPAH-dan ABŞ və Yaxın Şərq ölkələrinə SƏRT XƏBƏRDARLIQ
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ştatları və Vaşinqtona öz ərazilərindən istifadə etməyə icazə verən Yaxın Şərq ölkələrini İranın mülki infrastrukturuna zərbələrin davam edəcəyi təqdirdə ağır cavab tədbirləri ilə hədələyib.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
"ABŞ və regionda yerləşdirilməsi üçün onlara öz bazalarını təqdim edən dövlətlər bilməlidirlər ki, qırmızı xətlərin keçilməsi, o cümlədən dinc əhaliyə və mülki infrastruktura hücumlar son dərəcə ağır cəza ilə nəticələnəcək", - SEPAH-ın mətbuat xidmətinin bəyanatında qeyd olunub.
Tehrandan xəbərdarlıq ediblər ki, əks halda İslam Respublikası daha dağıdıcı cavab zərbələri endirəcək və bu zərbələr müharibələr tarixində əbədi olaraq qalacaq.
