NATO-da tarixi zirvə başlayır: Milyardlarla dollarlıq müqavilələr imzalanacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
iy
2026
10:11
ff

NATO-da tarixi zirvə başlayır: Milyardlarla dollarlıq müqavilələr imzalanacaq

07 iy, 2026
10:11
421

NATO-da tarixi zirvə başlayır: Milyardlarla dollarlıq müqavilələr imzalanacaq

Sizinxəbər.Az-ın məlumatına əsasən,Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə bu gün başlayacaq NATO Liderlər Zirvəsi öncəsi dünyanın diqqəti Ankaraya yönəlib. ABŞ Prezidenti Donald Trampın da iştirak edəcəyi tarixi zirvədə Rusiya-Ukrayna müharibəsi, Avropanın təhlükəsizliyi, müdafiə xərclərinin artırılması və NATO-nun gələcəyinə dair kritik qərarlar müzakirə olunacaq. Zirvə öncəsi isə Avropa ölkələrinin on milyardlarla dollarlıq yeni müdafiə və silah müqavilələrini elan edəcəyi gözlənilir.

Beləliklə, dünyanın gözü bu gün Ankaradadır. Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə təşkil olunacaq 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi alyansın gələcəyini formalaşdıracaq kritik qərarlarla işə başlayacaq. ABŞ Prezidenti Donald Tramp başda olmaqla 32 NATO-ya üzv ölkənin liderləri, Avropa İttifaqı və tərəfdaş ölkələrin nümayəndələri iki gün ərzində təhlükəsizlikdən müdafiə sənayesinə, Rusiya-Ukrayna müharibəsindən Yaxın Şərqdəki hadisələrə qədər bir çox mövzunu nəzərdən keçirəcəklər. Zirvə öncəsi isə NATO Müdafiə Sənayesi Forumunda on milyardlarla dollarlıq yeni müdafiə müqavilələrinin açıqlanması gözlənilir.

"Reuters" agentliyinin məlumatına görə, Avropa ölkələri NATO Müdafiə Sənayesi Forumu çərçivəsində yeni silah layihələri və müdafiə sahəsində əməkdaşlıq barədə bəyanatlar verəcəklər. Elan ediləcək müqavilələrin ümumi dəyərinin on milyardlarla dollara çatacağı qeyd olunur. Bu addımın, ABŞ Prezidenti Donald Trampın uzun müddətdir səsləndirdiyi "Avropa müdafiəyə daha çox vəsait ayırmalıdır" çağırışına güclü bir cavab xarakteri daşıdığı bildirilir.

Zirvənin ən diqqətçəkən məqamlarından biri də Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilməsi planlaşdırılan görüş olacaq. İki liderin NATO gündəliyi ilə yanaşı, regional hadisələri, müdafiə sənayesi sahəsində əməkdaşlığı və ikitərəfli münasibətləri müzakirə edəcəyi gözlənilir.

MİLYARLARLA DOLLARLIQ MÜDAFİƏ MÜQAVİLƏLƏRİ NATO Müdafiə Sənayesi Forumunda bu gün çox sayda yeni layihə və silah müqaviləsinin açıqlanması gözlənilir. Təfərrüatlar gizli saxlanılsa da, Niderlandın Müdafiə Naziri Dilan Yeşilgöz ölkəsinin 3 milyard avrodan çox yeni müdafiə investisiyası elan edəcəyini bildirib. Bu çərçivədə Belçika ilə hava hücumundan müdafiə, İngiltərə ilə isə dəniz platformaları sahəsində birgə layihələrin təqdim olunacağı gözlənilir.

AVROPA MÜDAFİƏ XƏRCLƏRİNİ REKORD SƏVİYYƏDƏ ARTIRDI NATO Baş Katibi Mark Rutte Avropa ölkələri ilə Kanadanın müdafiə xərclərində son bir ildə təxminən faiz 20 artım qeydə alındığını bildirərək, ümumi müdafiə büdcəsinin 570 milyard dolları keçdiyini açıqlayıb. Rutte bu artımda həm Rusiya təhdidinin, həm də Trampın illərdir davam edən təzyiqlərinin təsirli olduğunu vurğulayıb.

UKRAYNA VƏ RUSİYA GÜNDƏMİN İLK SIRASINDA Zirvənin əsas gündəm maddələrindən biri də Rusiya-Ukrayna müharibəsi olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski zirvə öncəsi NATO liderlərinə "güclü qərarlar qəbul etmək" çağırışı edib, Rusiyanın Kiyevə təşkil etdiyi son hücumlar isə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi müzakirələrini yenidən gündəmə gətirib. NATO-nun Ukraynaya yeni dəstək paketləri və hava hücumundan müdafiə potensialının artırılması məsələlərini masaya yatıracağı gözlənilir.

AWACS DONANMASI YENİLƏNİR Mənbələrin verdiyi məlumata görə, NATO öz inventarında olan və istismar müddətini başa vurmaqda olan ABŞ istehsalı AWACS erkən xəbərdarlıq təyyarələrini İsveçin "Saab" şirkəti tərəfindən hazırlanmış "GlobalEye" sistemi ilə əvəzləməyi planlaşdırır. Bu qərarın zirvə çərçivəsində rəsmiləşəcəyi gözlənilir.

ALYANSIN GƏLƏCƏYİ MASADA Ankaradakı zirvədə müdafiə xərclərinin artırılması, Avropanın təhlükəsizlik sahəsində daha çox məsuliyyət üzərinə götürməsi, müdafiə sənayesi istehsalının gücləndirilməsi, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki proseslər və NATO-nun növbəti dövr üçün strateji yol xəritəsi müzakirə ediləcək. Zirvənin sonunda liderlərin birgə bəyannamə qəbul edəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

×
×