Fransa prezidenti 17 ildə ilk dəfə Suriyaya gedəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2026
03:01
ff aaaaaaa

Fransa prezidenti 17 ildə ilk dəfə Suriyaya gedəcək

06 iy, 2026
03:01
613

Fransa prezidenti 17 ildə ilk dəfə Suriyaya gedəcək

Fransa Prezidenti Emmanuel Makron Suriyaya səfər etmək niyyətindədir.

Oxu.Az "Agence France-Presse"ə istinadən xəbər verir ki, bu barədə Suriya hökuməti məlumat yayıb.

Qeyd olunur ki, Makron 2024-cü ilin sonlarında Əhməd əş-Şaraanın hakimiyyətə gəlməsindən sonra Suriyaya səfər edən ilk Qərb lideri olacaq. Bu həmçinin 2009-cu ildə Nikolya Sarkozinin səfərindən bəri Fransa prezidentinin Suriyaya ilk rəsmi səfəridir.

Suriya Prezidenti Əhməd əş-Şaraanın mətbuat xidmətindən verilən bəyanatda bildirilib ki, Fransa prezidenti ikitərəfli münasibətləri gücləndirmək üçün Dəməşqə səfər edəcək. Makronu investorlar və Fransa şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyətinin müşayiət edəcəyi vurğulanıb. Həmçinin qeyd edilib ki, Əhməd əş-Şaraa və Makron hər iki nümayəndə heyətinin iştirakı ilə dəyirmi masa keçirəcəklər.

"Al Hadath" telekanalının məlumatına görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra Xalq Şurasının (birpalatalı parlament) iyulun 6-na planlaşdırılan ilk iclası Makronun həmin gün Dəməşqə nəzərdə tutulan səfəri səbəbindən təxirə salınıb. Suriya parlamentinin sessiyasının yeni tarixi barədə hələlik məlumat yoxdur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul