Ərdoğan: "Türkiyə İranla bağlı istənilən razılaşmanın icrasına dəstək verməyə hazırdır"
"Türkiyə ABŞ və İran arasında əldə olunacaq hər hansı bir razılaşmanın icrasında hərtərəfli dəstək verməyə hazırdır".
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp və bəzi müsəlman ölkələrinin rəhbərləri ilə keçirilən videokonfrans zamanı bəyan edib.
"Türkiyə bütün regionda sülhün bərqərar olmasına çalışır və İranın nüvə dosyesi də daxil olmaqla mübahisəli məsələlər üzrə adekvat həll yollarının tapılmasının mümkünlüyünə inanır", - deyə məlumatda qeyd edilir.
Videokonfrans zamanı İran və Yaxın Şərqdəki hadisələr müzakirə edilib. "Ərdoğan bildirib ki, Türkiyə hər zaman problemlərin dialoq və diplomatiya yolu ilə həllinin tərəfdarı olub. O, İranla aparılan diplomatik prosesin prezident Tramp tərəfindən səsləndirilən mərhələyə çatmasından və əldə olunacaq istənilən sazişin regional sabitliyə töhfə verəcəyindən məmnundur. Hörmüz boğazından azad keçidin təmin edilməsi dünya iqtisadiyyatı üçün böyük rahatlıq olacaq. Ərdoğan vurğulayıb ki, Türkiyə region ölkələrinin bir-birinə təhdid yaratmayacağı yeni bir dövrün başlamasını arzulayır", - deyə məlumatda bildirilir.
Daha əvvəl Tramp İranla gələcək sazişin layihəsinin ümumilikdə razılaşdırıldığını bəyan etmişdi. O, Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışığı apardığını və onlarla İranla sülh sazişi çərçivəsində anlaşma memorandumu layihəsini müzakirə etdiyini bildirmişdi.
Oxşar xəbərlər
Ərdoğan və Tramp İsrail-İran gərginliyini müzakirə ediblər
Ərdoğan Trampla telekonfrans vasitəsilə görüşdə İranla danışıqlara dəstəyini ifadə edib
Ərdoğan və Tramp İranla əldə olunan atəşkəs razılaşmasını müzakirə edib
Ərdoğan ABŞ-Rusiya liderlərinin görüşünü alqışlayıb
Ərdoğan Trampla Yaxın Şərqi müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
