Sizinxeber.az – Azərbaycan Xəbərləri

Rusiyada yaşayış binası uçub: ölənlər var – VİDEO

Rusiyada yaşayış binası uçub: ölənlər var – VİDEO
4 dəfə Baxılıb
01 Yanvar 2019 - 12:24

Rusiyanın Maqnitorsk şəhərində məişət qazının partlaması nəticəsində yaşayış binasının bir hissəsi uçub.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış yerli vaxtla 04:00 radələrində baş verib.

Hadisə nəticəsində binanın üçüncü mərtəbədən onuncü mərtəbəyə qədər olan hissəsi çöküb.  Azı 4 nəfərin həlak olduğu bildirilir.  Dağıntılar altında 50-ə yaxın sakinin olduğu güman edilir.

Uçqun 48 mənzilə ziyan vurub.  Xilasedicilər dağıntılar altından insanları çıxarmağa çalışır.

İnsidentlə əlaqədar Çelyabinsk vilayətində matəm elan olunub.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]