TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!
sizinxeber.az xəbər saytı

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!


Tanınmış türkiyəli yutuber Onur Naci Öztürklər TRT də daxil olmaqla, bəzi kanalların futbol şərhçilərini tənqid edib.

Axar.az xəbər verir ki, Öztürklər adıçəkilən kanalların aparıcılarını “Qarabağ” klubunun oyunlarını zəif şərh etməkdə ittiham edib.

“Azərbaycanda “Qalatasaray”ın, “Beşiktaş”ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər. Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma “Benfika” “Qarabağ”a qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər. “Kopenhagen”in hücumunu həyəcanla şərh edirlər. O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir?” – Öztürklər bildirib.                  

Oxşar xəbərlər

“Uğursuz bir axşam deməkdir” - “Benfika”nın baş məşqçisi
Qurban Qurbanov “Kəpəz”ə böyük hesabla qalib gəldikləri oyunu şərh edib
"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" bir daha güclü rəqib olduğunu sübut etdi"
Fatih Terim "Qarabağ" klubunun bazasını ziyarət edib
Mesut Özil: "Qarabağ bizim canımızdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər