Yaralı dostunu xilas edərkən şəhid olan 20 yaşlı Səxavət - VİDEOSizinxeber.az – Azərbaycan Xəbərləri

28 Ocak 2021 - 12:35

Yaralı dostunu xilas edərkən şəhid olan 20 yaşlı Səxavət – VİDEO

Yaralı dostunu xilas edərkən şəhid olan 20 yaşlı Səxavət – VİDEO
ƏLAVƏ OLUNUB :

20 Dekabr 2020 - 0:55

Qələbəmizdə payı olan igidlərimizdən biri də 20 yaşlı Səxavət Abbasovdur. 
“Baku TV” şəhidimizin ailəsindən reportaj hazırlayıb. 
Səxavət evin yeganə övladı olub. Anası Maisə Abbasova deyir ki, hələ də oğlunun ölümünə inanmır, ümid edir ki, bu, böyük səhv olub. 
Səxavətin döyüş yoldaşları deyir ki, o, gənc olmasına baxmayaraq, etdikləri haqqında bir dastan yazmaq olar. 
Səxavətin sonuncu döyüşü Ərgünəş dağı ətrafında olub. O, yaralı döyüş yoldaşını xilas edərkən düşmənin atdığı mərmi hər ikisinin həyatına son qoyub.
O, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.  

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.