Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xanəndə - VİDEOSizinxeber.az – Azərbaycan Xəbərləri

15 Ocak 2021 - 17:36

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xanəndə – VİDEO

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xanəndə – VİDEO
ƏLAVƏ OLUNUB :

19 Noyabr 2020 - 3:26

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xanəndə – VİDEO
Torpaqlarımıza azadlıq gətirənlərin simasında onun da imzası var – 22 yaşlı şəhid gizir Xudayar Yusiflinin… 
Vətən savaşında qəhrəmanlıq göstərməklə yanaşı, məlahətli səsi ilə də döyüş yoldaşlarına dəstək olub. Düşmən tapdağından təmizlənən Vətən torpağını elə Vətəni tərənnüm edən ifalarla salamlayan həmin tarixi anları mobil telefonunun yaddaşına köçürüb.
Elə bu videolar sosial şəbəkədə yüzlərlə istifadəçi tərəfindən paylaşılıb. 
X.Yusifli oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Televiziyası (AzTV) şəhidimizin ailəsindən reportaj hazrılayıb. 
Həmin reportajı təqdim edirik:

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.