Türkiyə parlamentinin sədri: “Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi önəm illər sonra səmərəsini verdi”Sizinxeber.az – Azərbaycan Xəbərləri

20 Ocak 2021 - 11:07

Türkiyə parlamentinin sədri: “Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi önəm illər sonra səmərəsini verdi”

Türkiyə parlamentinin sədri: “Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi önəm illər sonra səmərəsini verdi”
ƏLAVƏ OLUNUB :

28 Noyabr 2020 - 21:12

Türkiyə parlamentinin sədri: “Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi önəm illər sonra səmərəsini verdi”
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop yeni istifadəyə verilən Təkirdağ – Hayrabolu yolunun açılış mərasimində Azərbaycanı Qarabağ müharibəsində qazandığı qələbə münasibəti ilə təbrik edərək Türkiyənin Naxçıvan vasitəsi ilə Orta Asiyaya avtomobil və dəmir yolu əlaqələrinin təmin olunmasını böyük uğur olduğunu qeyd edib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
M. Şentop Mustafa Kamal Atatürkün zamanında Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyətin təsadüfi olmadığını vurğulayıb.
“Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq için göstərdiyi cəhd illər sonra səmərəsini verdi. Ölkə olaraq bunun sevincini yaşayırıq. Tarixi İpək Yolunu daim birlikdə canlandıracaq, Orta Asiyada yaşayan qardaşlarımızla iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimizi təkmilləşdirəcəyik. Ölkəmizdə həyata keçirdiyimiz kommunikasiya investisiyalarını və bu mövzudakı podratçı təcrübəmizi Orta Asiyaya daşıyacağıq”, – deyə Türkiyə parlamentinin sədri vurğulayıb.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.