Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib - VİDEOSizinxeber.az – Azərbaycan Xəbərləri

18 Ocak 2021 - 17:02

Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib – VİDEO

Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib – VİDEO
ƏLAVƏ OLUNUB :

22 Noyabr 2020 - 23:46

Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib – VİDEO
Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın “Samur” sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.
Noyabrın 22-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı “Samur” sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.
Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.