Qarabağa gələcək Türkiyə hərbçilərinin sayı bəlli oldu – Rusiya MN-dən AÇIQLAMASizinxeber.az – Azərbaycan Xəbərləri

22 Ocak 2021 - 18:21

Qarabağa gələcək Türkiyə hərbçilərinin sayı bəlli oldu – Rusiya MN-dən AÇIQLAMA

Qarabağa gələcək Türkiyə hərbçilərinin sayı bəlli oldu – Rusiya MN-dən AÇIQLAMA
ƏLAVƏ OLUNUB :

01 Dekabr 2020 - 18:38

“Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətlə bağlı birgə mərkəz barədə razılığa gəlib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Birgə mərkəzin şəxsi heyəti iki ölkədən bərabər həcmdə olacaq: “Rusiya Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-də imzalanan memoranduma əsasən, atəşkəsə nəzarətlə bağlı Birgə Rusiya-Türkiyə mərkəzinin yerləşdirilməsi və idarə edilməsinə dair razılıq əldə edilib. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Birgə mərkəzin təşkilat strukturunda Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq”.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.