Главная > Müharibə > Rusiya MN: “Qarabağda sülhməramlıların postları ləğv edilib”

Rusiya MN: “Qarabağda sülhməramlıların postları ləğv edilib”


5-10-2023, 23:09. Разместил: izzet

Rusiya Müdafiə Nazirliyi (MN) Qarabağda təmas xətti boyunca sülhməramlıların postlarının mərhələli şəkildə ləğv edildiyini açıqlayıb.

“Qarabağda tərəflərin keçmiş təmas xətti boyunca sülhməramlıların müvəqqəti müşahidə məntəqələri yığışdırılıb” - nazirlikdən bildirilib.

Qeyd edək ki, ləğv edilən postlar Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında fəaliyyət göstərib.

Oxu.Az


Вернуться назад