Sentyabrın 20-si saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Sizinxeber-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.