Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur.
Ens.Az-ın məlumatına əsasən bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.