Главная > Müharibə > ANAMA-nın avtobusu Laçında qəzaya uğradı: yaralılar var

ANAMA-nın avtobusu Laçında qəzaya uğradı: yaralılar var


16-09-2023, 14:36. Разместил: izzet

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb.

Bu barədə sx.buludhost.com-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb. Avtobusda olan Agentliyin 3 əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.


Вернуться назад