“Oğlum 15 gündən sonra komadan ayıldı, bir neçə aya ata olacaq”Sizinxeber.az – Azərbaycan Xəbərləri

25 Ocak 2021 - 14:33

“Oğlum 15 gündən sonra komadan ayıldı, bir neçə aya ata olacaq”

“Oğlum 15 gündən sonra komadan ayıldı, bir neçə aya ata olacaq”
ƏLAVƏ OLUNUB :

09 Dekabr 2020 - 19:45

Sosial şəbəkələrdə Vətən Müharibəsində yaralanaraq günlərlə komada qalan hərbçimiz Samir Mamedovun bu günlərdə komadan ayılmasıyla bağlı məlumatlar yayılıb. Ağcabədi rayonundan olan 27 yaşlı tankçı qazimiz müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. 

Samirin atası Eldəniz Mamedov “Qafqazinfo”ya bildirib ki, məlumat doğrudur. Lakin oğlu təxminən bir ay öncə, noyabrın 10-da komadan ayılıb: 

“Oğlum Samir Mamedov 7 ildir ki, MAXE-dir, müharibənin ilk günündən ön cəbhədədir. Oktyabrın 27-də yaralanıb və komaya düşüb. Biz onu Füzuli tərəfdə xəstəxanalarda axtarırdıq, sonradan məlum oldu ki, Bakıya hərbi hospitala gətirilib. Çox ağır yaralı olub, qəlpə qarın nahiyəsindən dəyib. Qaraciyər, ağciyərlər, mədə-bağırsaq, mədəaltı vəz, öd, dalaq – bütün daxili orqanlarını zədələyib. 15 gün komada qaldıqdan sonra ayıldı. Buna görə göydə Allaha, yerdə həkimlərimizə təşəkkür edirəm. Onlar oğlumu yenidən bizə qaytardılar”.