“Kənan səngərdən çıxaraq düşmənin üzərinə yerimiş, bir neçə düşmən əsgərini məhv etmiş və… - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

15 Ocak 2021 - 18:08

“Kənan səngərdən çıxaraq düşmənin üzərinə yerimiş, bir neçə düşmən əsgərini məhv etmiş və…

“Kənan səngərdən çıxaraq düşmənin üzərinə yerimiş, bir neçə düşmən əsgərini məhv etmiş və…
ƏLAVƏ OLUNUB :

11 Dekabr 2020 - 19:16

LƏNKƏRANIN GİRDƏNİ KƏNDİNİN BU KÜÇƏSİNƏ ŞƏHİD KƏNAN AXUNDZADƏNİN ADI VERİLSİN

Axundzadə Kənan Hamil oğlu 2 avqust 1994-cü ildə Lənkəran şəhərinin Girdəni kəndində anadan olmuşdur.

2001-2012-ci illərdə şəhid Məhəmməd Bağırov adına Girdəni kənd orta məktəbində təhsil almışdır.

Orta təhsilini başa vurduqdan sonra səhhətində yaranmış problemlərdən dolayı hərbi xidmətə aparılması təxirə salınsa da Kənan, tezliklə bu problemləri aradan qaldıraraq yenidən hərbi komissarlığa müraciət etmiş və 2012-ci ildən Murovda N saylı hərbi hissədə xidmətə başlamışdır.

Bu zaman o, atasının ölüm xəbərini almasına baxmayaraq güclü iradə nümayiş etdirərək, hərbi xidmətini qüsursuz bir şəkildə başa vurmuşdur.

2014-cü ildə doğma kəndi Girdəniyə qayıdan Kənan anasına atasının yoxluğunu hiss etdirməmək üçün fiziki və mənəvi cəhətdən səfərbər olmuş 2020-ci ilədək müxtəlif işlərdə çalışmışdır.

Həmin ilin avqust ayından Müddətdən artıq hərbi xidmət keçmək məqsədi ilə yenidən ordu sıralarımıza yazılmışdır. Vətən müharibəsinin ilk günlərindən Kənan öz cəsurluğu ilə seçilmişdir.

Komandirlərindən birinin dediyinə görə oktyabr ayının 30-u döyüşün ən qızğın vaxtında, Kənan səngərdən çıxaraq düşmənin üzərinə yerimiş, bir neçə düşmən əsgərini məhv etmişdir.

Elə bu an qarşı tərəfdən açılan atəş nəticəsində sağ çiyin nahiyəsindən və sinəsindən güllə yarası alaraq şəhidlik mərtəbəsinə yüksəlmişdir.

Axundzadə Kənan Hamil oğlu vətən yolunda sinəsini sipər etməklə Azərbaycan gəncliyinə növbəti nümunə oldu.

O, həm layiqli övlad, həm səmimi dost, həm də nümunəvi vətəndaş idi.

Bunu ailəsi, dostları və əsgər yoldaşları bir ağızdan təsdiqləyir.

Girdəni camaatından aldığlmız informasiyaya əsasən şəhidimizin yaşadığı küçənin adı hazırda boşdur.

Kənd camaatının da arzusu ilə buradan müvafiq dövlət orqanlarına səslənir, Kənan Axundzadənin dünyaya göz açdığı, doğulub boya-başa çatdığı, şəhid kimi yetişdiyi küçəyə onun adının verilməsini xahiş edirik.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.