İlanlı dağa bayrağımızı sancan şəhid Elnur QuliyevSizinxeber.az – Azərbaycan Xəbərləri

22 Ocak 2021 - 13:45

İlanlı dağa bayrağımızı sancan şəhid Elnur Quliyev

İlanlı dağa bayrağımızı sancan şəhid Elnur Quliyev
ƏLAVƏ OLUNUB :

08 Dekabr 2020 - 23:53

– Ata, mayordan sonra hansı rütbə gəlir?

Ürəyinə damıb sanki, cavabı belə olub:

– Şəhidlik rütbəsi..

“Qafqazinfo” xəbər verir ki, bu dialoq Vətən müharibəsində şəhid olan mayor Elnur Quliyevlə övladı arasında baş verir. ATV kanalı şəhid mayorun ailəsiylə görüşüb.

Şəhid anası Marusa Həsənova bildirir ki, oğlunun arzusu hərbçi olmaq imiş:  “Balacalıqdan avtomat düzəldib oynayırdı. O Vətəni valideynlərindən üstün tuturdu. Qayğıkeş və mehriban ata idi”.

O, hərbi hissə komandirinin müavini olaraq əslində arxa cəbhədə qala bilərdi, ancaq buna razı olmayıb. O zabit heyəti və tabeliyində olan əsgərlərlə birgə kənd Horadiz və bir neçə yüksəkliyi azad edir. İlanlı dağa bayrağımızı sancır.

Şəhidin atası Eldar Quliyev bildirir ki, Füzilidə Qarğabazarı kəndinin yaxınlığında İlanlı dağı adlanan ərazidə  25-30 əsgərimiz mühasirəyə düşür: “Bunlar kəşfiyyatçı idi. Ermənilərlə üz-üzə döyüşdə  ermənilərin səngərlərini alıb onları məhv ediblər. Öz əsgərlərini mühasirədən çıxarıblar. Lakin Elnur düşmən snayperinin gülləsinə tuş gələrək doğulduğu Füzuli torpağında da şəhidlik zirvəsinə ucalıb”.

Qeyd edək ki, şəhidimizin iki övladı var.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.