Главная > Hərbi > Naxçıvanda Azərbaycan-Türkiyə birgə təlimləri keçiriləcək - VİDEO
Naxçıvanda Azərbaycan-Türkiyə birgə təlimləri keçiriləcək - VİDEO10-06-2025, 12:50. Разместил: Rss Bot Apa |
|
Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Naxçıvanda "Sarsılmaz Qardaşlıq-2025" kompüter dəstəkli komanda-qərargah və "Mustafa Kamal Atatürk-2025" döyüş atışlı birgə taktiki təlimlərinə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Sədərək sərhəd keçid məntəqəsinə - Araz çayı üzərindəki "Ümid" körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Ağrı vilayətinin Doğubəyazit rayonundan mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib. Вернуться назад |