Главная > Hərbi > MN: Tovuz istiqamətində kəşfiyyat uçuşu edən Ermənistan PUA-sı ərazidən uzaqlaşdırılıb

MN: Tovuz istiqamətində kəşfiyyat uçuşu edən Ermənistan PUA-sı ərazidən uzaqlaşdırılıb


25-07-2024, 16:30. Разместил: Rss Bot Report

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter iyulun 25-də saat 10:55 radələrində Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının (PUA) fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", - məlumatda qeyd olunub.


Вернуться назад