Главная > Hərbi > NATO-nun Mobil Təlim Qrupu ilə treninq keçirilir
NATO-nun Mobil Təlim Qrupu ilə treninq keçirilir4-06-2025, 10:00. Разместил: Rss Bot Apa |
|
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treninq keçirilir. Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunur. Вернуться назад |