Главная > Hərbi > MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb29-05-2025, 11:50. Разместил: Rss Bot Apa |
|
Mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə Sizinxeber.az-ya Müdafiə Nazirliyindən bildirilib. "Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır", MN-dən bildirilib.
Вернуться назад |