Главная > Hərbi > Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək26-05-2025, 10:00. Разместил: Rss Bot Report |
|
Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən döyüş sursatları 26-30 may tarixlərində təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq". Вернуться назад |