Главная > Hərbi > Azərbaycan və İtaliya XTQ nümayəndələri arasında ekspert görüşü olub
Azərbaycan və İtaliya XTQ nümayəndələri arasında ekspert görüşü olub23-05-2025, 17:50. Разместил: Rss Bot Apa |
|
Azərbaycan və İtaliya Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələri arasında ekspert görüşü Azərbaycan və İtaliya Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında ekspert görüşü keçirilib. APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Birgə əməkdaşlıq Səfər çərçivəsində qonaqlar XTQ-nin "N" hərbi hissəsini ziyarət ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub. İtaliya nümayəndə heyətinə XTQ-nin yaranma tarixi və keçdiyi döyüş yolundan bəhs edən brifinq təqdim edilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb. XTQ mənsublarının təchizatı və istifadəsində olan PUA, silah və digər vasitələrlə tanışlıq Nümayəndələr XTQ mənsublarının təchizatı və istifadəsində olan PUA, silah və digər vasitələrlə tanış olublar. Вернуться назад |