Главная > Hərbi > Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb23-05-2025, 17:30. Разместил: Rss Bot Report |
|
Azərbaycan və İtaliya Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında ekspert görüşü keçirilib. Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində qonaqlar XTQ-nin "N" hərbi hissəsini ziyarət ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb. Ekspert görüşü zamanı birgə əməkdaşlıq və maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Nümayəndələr XTQ mənsublarının təchizatı və istifadəsində olan PUA, silah və digər vasitələrlə tanış olublar. İtaliya nümayəndə heyəti, həmçinin Azərbaycan XTQ mənsublarının döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyib. Вернуться назад |