Главная > Hərbi > Azad edilmiş ərazilərində İranla birgə keçirilən “Araz-2025” təlim davam edir - VİDEO
Azad edilmiş ərazilərində İranla birgə keçirilən “Araz-2025” təlim davam edir - VİDEO20-05-2025, 20:00. Разместил: Rss Bot Apa |
|
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İran İslam Respublikasından cəlb olunan heyətin iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi davam edir. Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, ssenariyə uyğun olaraq, iştirakçılar təlimin mərhələləri üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirirlər. Hər iki ölkənin hərbi qulluqçuları icra olunan fəaliyyətlər zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər. Azərbaycan-İran əlaqələrinin və əməkdaşlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan “Araz-2025” birgə təlimi mayın 21-də başa çatacaq. Вернуться назад |