Главная > Hərbi > Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir
Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir16-05-2025, 17:00. Разместил: Rss Bot Report |
|
Müdafiə Nazirliyinin 2025-ci il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Bu barədə "Sizinxeber.az"a nazirlikdən məlumat verilib. Bildirilib ki, Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrindən birində toplanışa qatılmış heyətlə praktiki məşğələlər keçirilib. Təlim toplanışı zamanı, həmçinin ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib. Azərbaycan Ordusunun silahlanmasında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətlərinin, istifadə qaydalarının öyrədilməsi məqsədilə keçirilən toplanışda ehtiyatdan çağırılan hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir, bilik və bacarıqları inkişaf etdirilir, eləcə də yeni hərbi biliklər tədris edilir. Вернуться назад |