Главная > Hərbi > Zakir Həsənov Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb
Zakir Həsənov Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb13-05-2025, 18:50. Разместил: Rss Bot Apa |
|
Mayın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş ilə görüşüb. APA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyəli qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluq ifadə edib. Dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin Azərbaycan və Türkiyə arasında əməkdaşlığa böyük töhfə verdiyini, məhz bunun sayəsində hərbi əlaqələrimizin bu gün yüksək inkişaf mərhələsində olduğunu bildirib. Вернуться назад |