Главная > Hərbi > Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb - YENİLƏNİB - VİDEO
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb - YENİLƏNİB - VİDEO13-05-2025, 16:50. Разместил: Rss Bot Apa |
|
Mayın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirib. *** 13.28 Azərbaycan və Türkiyə müdafiə nazirləri Bakıda görüşüb. Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyə MN məlumat yayıb. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb. Nazirlər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər. Вернуться назад |