Главная > Hərbi > Azərbaycan Ordusunun Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək heyətinə baxış keçirilib
Azərbaycan Ordusunun Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək heyətinə baxış keçirilib8-05-2025, 18:50. Разместил: Rss Bot Apa |
|
Azərbaycan Ordusunun qardaş Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası - 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək hərbi qulluqçularına mayın 8-də sıra baxışı keçirilib. Sizinxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçulara təlimin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib, təhlükəsizlik qaydaları və təşkilati məsələlərlə bağlı müvafiq tapşırıqlar çatdırılıb.
Вернуться назад |