Главная > Hərbi > Azərbaycan və Türkiyə HDQ nümayəndələri görüşüb
Azərbaycan və Türkiyə HDQ nümayəndələri görüşüb8-05-2025, 18:50. Разместил: Rss Bot Apa |
|
Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əməkdaşlıq çərçivəsində ölkəmizdə səfərdə olan qardaş ölkənin hərbi nümayəndələri Azərbaycan HDQ-yə məxsus gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər. Sizinxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər zamanı kritik infrastrukturların mühafizəsi, gəmi təmiri, texniki baxış və yeni gəmi inşası ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin təcrübə paylaşımı ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə töhfə veriblər. Вернуться назад |