Главная > Hərbi > Sumqayıtda 70 yaşlı qadın ehtiyatsızlıqdan sirkə turşusunu içərək ölüb

Sumqayıtda 70 yaşlı qadın ehtiyatsızlıqdan sirkə turşusunu içərək ölüb


2-05-2025, 23:00. Разместил: Rss Bot Report

Sumqayıtda ehtiyatsızlıqdan sirkə turşusu içən 70 yaşlı qadın xəstəxanada ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü Şəhla Əvəz qızı Əhmədova evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.

O, Bakıda yerləşən xəstəxanalardan birinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад