Главная > Hərbi > Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb
Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb17-04-2025, 19:50. Разместил: Rss Bot Apa |
|
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti, Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “Azərbaycan–Türkiyə HDQ arasında 10-cu Qərargah danışıqları”nda iştirak məqsədilə Ankara şəhərinə səfər edib. Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən mıəlumata görə, səfərin əvvəlində nümayəndə heyəti Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edərək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. Вернуться назад |